EN

İranın Ali Liderinin həyat yoldaşı ölüb

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşıMənsurə Xocəstə Baqirzadə bu gün ölüb.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İranın Ali Liderinin həyat yoldaşı 28 fevraldaABŞ və İsrailin hərbi hava hücumları nəticəsində komayadüşmüşdü.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Chosen
55
13
az.trend.az

10Sources