EN

Klubumuzun rəhbəri heç vaxt kiməsə borclu qalmaz, təzminatı alırlar

«Bizim aramızda hər şey əvvəlcədən danışılmış kimidir və qaydasındadır». «Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında belə deyib.
Təcrübəli idarəçi iddia edib ki, klub
rəhbərliyi Elmar Baxşıyev və köməkçiləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.
Yanvarın əvvəlində istefaya göndərilən baş məşqçi və onun yardımçılarının təzminatı aybaay ödənilir:
«İki aydır gediblər və bu müddətdə pullarını alırlar. Klubumuzun elə rəhbəri var ki, o, heç vaxt kiməsə borclu qalmaz və qalmaq istəməz. Bunu Elmar müəllim də bilir, başqaları da. Elmar müəllimdən soruşa bilərsiz, deyəcək ki, «Araz-Naxçıvan» öhdəliyini yerinə yetirir, hər ay pulumuzu ödəyir. Biz onunla bu cür razılaşmışdıq: danışmışdıq ki, təzminatını hissə-hissə alacaq. Bu, iyunadək belə olacaq».

Chosen
18
sportinfo.az

1Sources