EN

Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur

Bakı, 2 mart, AZƏRTAC

XIX əsrə aid tarixi binada yerləşən Rəsul Rzanın ev-muzeyi dörd ekspozisiya zalından ibarətdir. Muzeydə şairin şəxsi əşyaları, əlyazmaları, sənədləri, afişaları, fotoşəkilləri, həmçinin onun həyat və yaradıcılığını əks etdirən digər qiymətli materiallar nümayiş etdirilir. Hazırda muzeyin fondunda 5026 eksponat mühafizə olunur.

Bu barədə AZƏRTAC-a Rəsul Rzanın ev-muzeyinin direktoru Fidan Rzayeva məlumat verib.

O bildirib ki, muzeyin əsas məqsədi Rəsul Rzanın zəngin ədəbi irsinə dair materialların toplanması, qorunması, tədqiqi və geniş ictimaiyyət arasında təbliğ edilməsindən ibarətdir. Muzey fəaliyyətə başladığı gündən etibarən burada müxtəlif mədəni və elmi tədbirlər keçirilib. Bununla yanaşı, muzey müxtəlif beynəlxalq qonaqları da qəbul edir. Türkiyə, Macarıstan, Moldova, Polşa, Qazaxıstan və digər ölkələrdən nümayəndə heyətləri muzeyi ziyarət ediblər.

Rəsul Rzanın ev-muzeyində qorunan zəngin irs yeni nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə xidmət edir.

 

Chosen
34
1
azertag.az

2Sources