EN

Den Keyn: ABŞ Küveyt səmasında üç F 15E qırıcısının vurulmasını araşdırır

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulması faktı ilə bağlı araşdırma aparır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Den Keyn ABŞ-nin müharibə naziri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.

"Mən ötən gecə regionda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15E qırıcısının itirilməsindən xəbərdaram. Ekipajlar təhlükəsizlikdədir və biz bilirik ki, səbəb düşmən atəşi olmayıb. Araşdırma davam edir, ona görə də əlavə şərh verməyəcəyəm", - o deyib.

Daha əvvəl Pentaqonda bildirilib ki, İrana qarşı əməliyyatlara dəstək tapşırıqlarını yerinə yetirən ABŞ-nin üç F-15E qırıcısı Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən təsadüfən vurulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
5
moderator.az

6Sources