EN

"Neftçi"nin "ölü"sündən də qorxan kimlərdir?

Görəsən, hakimlər bu mövsüm "Neftçi"yə nə verib ala bilmir?

Referilərin Premyer Liqadakı idarəçiliyi bərbaddır. Hamı şikayətçidir. Hansı klubu dindirsən, daş atıb başını tutacaq.

Amma arxada qalan 22 turda referilərdən ən çox əziyyəti "ağ qaralar" çəkib.

Vallah Samir Abasov da hakimlərin güdazına getdi. Düzdü, öz səhvləri vardı. Amma gedişində birinci səbəb hakim səhvlərindən itirilən xallar oldu.

Onsuz da bu klub canı ilə əlləşir. Yuri Vernidubla nəsə etməyə çalışır, tuneldə işıq görünür. Hakimlər isə həmin işığı tuneldəcə boğur.

Niyə?

Rəhmətlik Böyükağa Hacıyevin sözü olmasın, deyəsən kimlərsə "Neftçi"nin ölüsündən də qorxur.

Vallah belə etmək olmaz. Ayıbdır!

Ədalət prinsiplərinin tapdalandığı, şəffaf rəqabətin məhv edildiyi liqa oyunlarına gəlməməklə azarkeşlər də düz edir.

Xalqın gözü tərəzidir...

XANOĞLAN İMANOV

Chosen
13
sportinfo.az

1Sources