Milli Məclisin deputatı Əminə Ağazadə ənənəsinə sadiq qalaraq hər il olduğu kimi bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində və Ramazan ayı münasibətilə Kürdəmir rayonunun şəhid ailələri ilə birlikdə bayram süfrəsi arxasında görüş keçirib.
Newscenter.az xəbər verir ki, millət vəkili şəhidlırimizin xatirəsini yad edərək şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara xoş arzularımı çatdırıb.
Deputat Əminə Ağazadə tədbir zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların istəkləri ilə bağlı müəyyən qeydlər götürüb.
Tədbirdə rayonun qadın ictimaiyyətinin fəal nümayəndələri də iştirak edib.
Süleyman