Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Peyk görüntüləri Prezident Zelenskinin yalan danışdığını açıq şəkildə göstərir”
“Peyk görüntüləri Ukrayna Prezidenti Volodimir Zelenskinin “Drujba” boru kəmərinin nasaz olması barədə yalan danışdığını açıq şəkildə göstərir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Milli Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.
"Peyk görüntüləri Prezident Zelenskinin yalan danışdığını açıq şəkildə göstərir. “Drujba” boru kəmərinin bağlanması üçün heç bir texniki və ya mühəndislik səbəbi yoxdur", - deyə nazir bildirib.
Siyarto vurğulayıb ki, Hörmüz boğazının bağlanması səbəbindən dəniz neft daşınmasının qeyri-sabit olduğu bir vəziyyətdə, yaxşı işləyən quru yolunun bağlanması Macarıstana hücumdur. O iddia edib ki, Zelenski və ukraynalılar bu hücumda Macarıstanın müxalifətdəki Tisza Partiyası ilə əlbir hərəkət edirlər.
XİN başçısı qeyd edib ki, blokadaya səbəb olan razılaşmalar Münhendə imzalanıb və Brüssel, Berlin və Kiyev bu qərarları Tiszan Partiyasının Macarıstanda Ukraynaya dost olan bir hökumət qurmasına kömək etmək üçün veriblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.