EN

Əziz Şiriyev: Mart may ayları turizm üçün dirçəliş hesab olunur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Yaz turizmi ilə bağlı əsas məsələlərdən biri qarşıdan gələn bayramlardır. 8 Mart – Beynəlxalq Qadınlar Günü, Novruz və Ramazan bayramı ərəfəsində ölkədaxili və ölkəxarici qrup turları həyata keçiriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.

O vurğulayıb ki, mart, aprel, may ayları mövsümə keçid mərhələsi sayılır və bu dönəm turizm üçün dirçəliş hesab olunur.

“Novruz bayramı dövründə vətəndaşlar bölgələrə və xaricə səfər etməyi planlaşdırırlar. Eləcə də xaricdən ölkəmizə gələnlərin sayında ciddi artım müşahidə olunacaq. Buna görə turizm şirkətləri yerli vətəndaşlar üçün ölkədaxili bir, iki və üç günlük paketlər hazırlayırlar. Bəzi paketlər artıq hazırdır, həmçinin ölkə xaricinə qrup şəklində bir sıra ölkələrə üç gecə dörd günlük və dörd gecə beş günlük turlar satışa çıxarılmaqdadır”,- deyə Ə.Şiriyev əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
azertag.az

2Sources