EN

İdman edərkən yıxıldı, sonra dünyasını dəyişdi – TƏFƏRRÜATLARVİDEO

İdman edərkən halı pisləşən şəxs vəfat edib.

Xezerxeber.az xəbər verir ki, hadisə Masallı İdman Kompleksində baş verib. Rayonun Musaküçə kənd sakini, 49 yaşlı Səbuhi Abbasov zalda idman edərkən özünü pis hiss edib. O, yerə yıxılaraq başından xəsarətlər alıb.  

Səbuhi Abbasov ilkin yardım göstərildikdən sonra kompüter tomoqrafiya müayinəsindən keçirilməsi üçün rayondakı özəl klinikalardan birinə çatdırılıb.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Səbuhi Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
28
xezerxeber.az

1Sources