EN

Zooparkda DƏHŞƏTLİ ANLAR: Şirlər azyaşlı qızı PARÇALAMAQ İSTƏDİ – VİDEO

Çin zooparkında şirlər azyaşlı qızı parçalamaq istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Çindəki zooparkların birində azyaşlı qızın həyatı böyük təhlükə ilə üzləşib. Uşaq şirlərin olduğu qəfəsə həddindən artıq yaxınlaşdığı üçün yırtıcı heyvanlar qəfil hücum edərək pəncələri ilə balaca qızdan yapışıblar.

Faciənin qarşısını uşağın atasının anidən reaksiya verməsi alıb. Atanın çevikliyi sayəsində uşağı şirlərin pəncəsindən qoparmaq mümkün olub.

Hadisə nəticəsində azyaşlı ciddi fiziki xəsarət almasa da, güclü qorxu keçirib və geyimi cırılıb.

Hadisə şahidləri baş verənlərdən böyük şok yaşayıblar.

Mütəxəssislər valideynləri zooparklarda təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
100
interpress.az

1Sources