EN

Şəmkirdə alman mənzərəsi – VİDEO

1918-ci ildən etibarən Qafqaza köç edən şvab almanları Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən indiki Şəmkir şəhəri ərazisində məskunlaşmağa başlayıblar. Burada saldıqları Annefild adlı qəsəbədə onlar məhz həmin vaxtkı alman üslubuna uyğun evlər inşa ediblər.

NOCOMMENT.az xəbər verir ki, uzun müddət Şəmkir şəhərinin baş memarı işləmiş Fərman Hüseynov deyir ki, rayon mərkəzindəki 4 küçədə almanların inşa etdikləri evləri memarlıq üslubu baxımından bir çox ortaq xüsusiyyətlər birləşdirir.

Alman evlərinin ortaq xüsusiyyətlərindən biri də əsas yola baxan eyvanlar idi ki, burada sakinlər axşam saatlarında oturaraq istirahət ediblər. Evlərin arasındakı yollara daş döşənmiş, küçələrə dağlardan kəhrizlə su çəkilmişdi. Hazırda Şəmkir şəhərinin 4 mərkəzi küçəsində yerləşən 158 alman evi qeydiyyata alınıb, onların bərpası və qorunması nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
3
1
nocomment.az

2Sources