EN

Aİ Yaxın Şərqdəki gərginlik fonunda riskləri neytrallaşdırmağa çalışır

Bu həftə Beynəlxalq Enerji Agentliyi (BEA) ilə əməkdaşlıq çərçivəsində Aİ-yə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə energetika üzrə işçi qrupunun 1-ci iclası keçiriləcək.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) martın 2-də keçirilmiş təhlükəsizlik üzrə kollegiyanın fövqəladə iclasının yekunlarına dair bəyanatında deyilir.

"Komissiya İrandakı hadisələr fonunda qiymət dinamikasını və tədarük zəncirini diqqətlə izləyir ki, bunun Avropa İttifaqı üçün nəticələrini qiymətləndirsin", - AK-dan bildirilib.

ABŞ, İsrail və İran arasındakı münaqişənin gərginləşməsi fonunda təşkilat həmçinin Aİ-nin Mülki Müdafiə Mexanizmi və Fövqəladə Hallara Reaksiya üzrə Koordinasiya Mərkəzi vasitəsilə təxliyə və repatriasiyaya dəstəyi gücləndirir. Hörmüz boğazı və Qırmızı dəniz ətrafındakı vəziyyətlə əlaqədar aviasiya və gəmiçilik şirkətləri, eləcə də dövlət qurumları ilə koordinasiya aktivləşdirilir. Məlumatda həmçinin bildirilib ki, daxili təhlükəsizlik və miqrasiya ilə bağlı potensial risklərin qiymətləndirilməsi üçün Avropol və üzv dövlətlərlə işlər intensivləşdirilir.

Chosen
15
far.az

1Sources