EN

BMT: ABŞ İranda məktəbə endirilən zərbədə onlarla uşağın həlak olması barədə məlumatları araşdırır

ABŞ İranın Minab şəhərində ibtidai məktəb şagirdləri arasında kütləvi tələfat barədə məlumatların yoxlanılmasına başlayıb.

"Report"un məlumatına görə, bu barədə BMT Baş katibinin müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasının "Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil" mövzusunda keçirilən iclasında çıxışı zamanı bildirib.

"Bizə İranın Minab şəhərindəki ibtidai məktəbə endirilən zərbə nəticəsində, bəlkə də, onlarla uşağın həlak olması barədə məlumatlar məlumdur. Birləşmiş Ştatlar hakimiyyəti bu hesabatları araşdırdıqlarını elan edib", - deyə Dikarlo Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verib.

Xatırladaq ki, fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə zərbə endirdiyi barədə məlumat yayıb. Son məlumatlara görə, həlak olanların sayı 165 nəfər təşkil edir – onların əksəriyyəti şagirdlər, həmçinin valideynlər və müəllimlərdir. 95 nəfər isə yaralanıb.

Chosen
13
far.az

1Sources