EN

"Neftçi"nin "Sampdoriya" ilə müqavilə bağlayan yetirməsi hansı ölkənin millisində oynayacaq? - SON DURUM

Bir neçə gün öncə İtaliyanın "Sampdoriya" klubu ilə peşəkar müqavilə bağlayan gənc hücumçu Lorenzo Metsotero karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşsə də, onun hansı ölkənin millisinin formasını geyinəcəyi hələ bəlli deyil.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin yetirməsi olan 17 yaşlı forvardın "Sampdoriya"nın forması ilə aşağı yaş qrupları üzrə yerli birinciliklərdə sərgilədiyi performans həm azarkeşlərin, həm də İtaliyanın U-17 millisinin skautlarının diqqətini çəkib. Təsadüfi deyil ki, sözügedən futbolçunun klubun əvəzedici və U-19 komandalarındakı son matçlarını "skuadra adzurra"nın seleksiyaçıları canlı izləyib.

Mətbuata daha öncə verdiyi müsahibələrdə uşaqkən akademiyasında olduğu "Neftçi"ni sevdiyini, Azərbaycan millisində oynamaq istədiyini dilə gətirən Lorinin indiyədək ölkəmizin hər hansı yaş qrupu üzrə yığmasına cəlb olunmadığı da faktdır. Düzdür, bu yöndə müxtəlif vaxtlarda seçmə komandaların məşqçilərinin AFFA rəhbərliyinə müraciətləri olub, lakin cəhdlər cəhd olaraq qalıb.

Qeyd edək ki, Lorenzo cari mövsüm "Samodorita"nın U-19 komandasının heyətində 22 matça çıxaraq 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, valideynlərinin işləri ilə əlaqədar 13 yaşında Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.

Toğrul

Chosen
33
fanat.az

1Sources