EN

İsrail Livanda daha 59 qəsəbəni qaraladı Təcili bölgəni tərk edin!

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail ordusu dünən Livanın paytaxtı Beyrut başda olmaqla 49 qəsəbəni bombalayıb. Nəticədə 51 nəfər nəfər ölüb, 160-dan çox insana yaralanıb. Bu gün isə İsrail ordusu Livanda daha 59 qəsəbə və bölgəni işarələyərək, yerli əhalidən oranı təcili tərk etməyi tələb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu işarələnmiş ərazilərdə Hizbullah döyüşçülərinin olduğunu iddia edərək, oranı bombardman edəcəyini açıqlayıb.

Məlumata görə, xəbərdarlıqdan sonra bölgədə həyəcan pik həddə çatıb: "Yerli əhali evlərini ataraq gecəylə bölgədən kortəbii qaçmağa çalışır".

Xatırladaq ki, İsrail İrana əməliyyata paralel olaraq atəşəkəs sazişi imzaladığı Livanı da bombalayır.

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
mia.az

1Sources