EN

Banklarda dollar alışına nə üçün limit var? - AÇIQLAMA

Son günlər Azərbaycan banklarında dollar alışına tətbiq edilən limitlər narazılıqlara səbəb olub. Vətəndaşlar iddia edirlər ki, banklardan az məbləğdə dollar alışından sonra onlara limiti doldurduqları üçün yenidən dollar almağın mümkünsüz olduğunu bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bəzi banklarda və ya valyuta məntəqələrində dollar alışı üçün gündəlik və ya aylıq limitlər tətbiq oluna bilər:

Azərbaycan

“Bu, ölkədə valyuta ehtiyatlarını stabilləşdirmək, süni tələbatı idarə etmək və spekulyasiya riskini azaltmaq məqsədilə bankların daxili siyasətindən və ya tənzimləyici orqanların tövsiyələrindən irəli gələ bilər. Bir şəxs ay ərzində müəyyən miqdarda, məsələn, 500–1000 dollar alıbsa, və bank deyirsə ki, limit dolub, bu, həmin banka tətbiq olunan daxili məhdudiyyətlərlə bağlı ola bilər. Bəzi müştərilər isə məsələn, fərqli banklarda və ya filiallarda əməliyyat etməklə, eyni gündə birdən çox məntəqəyə müraciət etməklə və ya biznes hesabı üzərindən daha böyük məbləğlər tələb etməklə bu limiti aşmağın müxtəlif yollarından istifadə edə bilərlər. Tənzimləyici orqanlar rəsmi valyuta məzənnəsinin qorunması üçün ümumi limitlər qoymursa belə, fərdi banklar risklərin idarə edilməsi və likvidliyin təmin olunması üçün öz sərhədlərini müəyyən edə bilərlər. Bu səbəbdən bəzi müştərilər daha çox məbləğ ala bildiyini görərkən başqaları limitlərlə üzləşir”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Mart 2026, 09:29   
Chosen
90
pravda.az

1Sources