EN

SEPAH ABŞ-nin Bəhreyndəki hərbi bazasının qərargahını vurduğunu açıqlayıb

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-nin Bəhreyndəki HərbiHava Bazasının qərargahı və əsas koamandanlıq binasını məhvedib.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH “Doğru Vəd 4” əməliyyatının 14-cümərhələsində bu gün səhər Bəhreynin Şeyx İsa məntəqəsində ABŞ hərbihava bazasını dron və raketlərlə atəşə tutub.

İran tərəfi bu mərhələdə 20 dron və 3 raketlə ABŞ-nin hərbibazasını və komandalığın əsas binasını məhv etdiyini və bazanınyanacaq ehtiyatının alovlandığını bildirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Chosen
19
32
az.trend.az

10Sources