Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Gürcüstan, Qazaxıstan,Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistanvə Özbəkistanın iştirak etdiyi Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq Proqramı (CAREC) ölkələri üçün yeni nəsil sərhəd-keçidməntəqələrinin inkişafı üzrə regional layihəni (Developing NewGeneration Border Crossing Points) nəzərdən keçirir.
Trend bu barədəbanka istinadən məlumat yayıb.
Layihənin maliyyələşdirilməsinin ABŞ dolları ekvivalentində 1milyon dollar həcmində Texniki Yardım üzrə Xüsusi Fond vasitəsiləhəyata keçirilməsi nəzərdə tutulur.
Layihə CAREC ölkələrinə iqlim dayanıqlılığına xüsusi diqqətyetirməklə və innovativ həllərin tətbiqi əsasında yeni nəsilsərhəd-keçid məntəqələrinin hazırlanmasına dəstək göstərməyihədəfləyir.
Layihə çərçivəsində bir neçə prioritet sərhəd-keçid məntəqəsiüzrə hazırlıq işlərinin aparılması planlaşdırılır. Burayatexniki-iqtisadi əsaslandırmaların və kompleks ekspertizanınhazırlanması, eləcə də layihələrin hazırlanması və icrası üçün yeniyanaşmanın formalaşdırılması daxildir. Bundan əlavə, təşəbbüs CARECölkələrinin sərhəd-keçid məntəqələrinin inkişafı və istismarısahəsində institusional potensialının gücləndirilməsini də nəzərdətutur.
Layihənin icrası sərhəd-keçid məntəqələrində infrastrukturun vəprosedurların təkmilləşdirilməsinə imkan yaradacaq ki, bu da CARECnəqliyyat şəbəkəsi boyunca ticarət əməliyyatları üçün vaxt vəxərclərin azalmasına səbəb olacaq. Sərhəd-keçid məntəqələrininmodernləşdirilməsi təşəbbüsün əsas nəticələrindən biri olacaq,beynəlxalq yükdaşımaların sadələşdirilməsinə və regionaləməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.