Bakı. Trend:
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi korporativ reytinqmeyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrika(EMEA) inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən “CənubQaz Dəhlizi” QSC (Southern Gas Corridor Closed Joint-Stock Company)və daha yeddi infrastruktur şirkətinin reytinqlərinitəsdiqləyib.
Trend-inməlumatına görə, agentliyin açıqlamasında qeyd olunur ki, qərar 9yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənayenaviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərininyenilənməsi ilə əlaqədar qəbul edilib. Bununla belə, şirkətlər üzrəmövcud reytinqlər və proqnozlar dəyişməz qalıb.
“Fitch”in məlumatına görə, “Cənub Qaz Dəhlizi” QSC-nin biznes vəmaliyyə profilinin qiymətləndirilməsi aşağıdakı amilləri əhatəedir:
• Menecment — bbb- (nisbi əhəmiyyəti aşağı);
• Sektor göstəriciləri — bbb+ (orta əhəmiyyət);
• Bazar və rəqabət mövqeyi — bbb (orta);
• Aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb (orta);
• Şirkətin əməliyyat göstəriciləri — bbb (yüksək);
• Rentabellik — bbb (aşağı);
• Maliyyə strukturu — a+ (orta);
• Maliyyə çevikliyi — bbb+ (orta).
“Fitch Ratings” "Cənub Qaz Dəhlizi” QSC ilə yanaşı aşağıdakışirkətlərin də reytinqlərini təsdiqləyib:
- "Kazakhstan Electricity Grid Operating Company" (KEGOC);
- "Namibia Water Corporation Limited";
- "GDZ Elektrik Dagitim Anonim Şirketi";
- "Nama Electricity Distribution Company SAOC";
- "Oman Electricity Transmission Company SAOC";
- "Regional Electrical Power Networks JSC";
- "National Power Company Ukrenergo".
"Fitch" vurğulayıb ki, meyarların yenilənməsi qeyd olunan bütünemitentlər üzrə qüvvədə olan reytinqlərə və proqnozlara heç birtəsir göstərməyib.