Dünən Opera studiyasında xalq şairi Ramiz Rövşənin poeziya gecəsi təşkil olunub.
ONN media xəbər verir ki, gecənin aparıcısı xalq artisti Nurəddin Mehdixanlı olub. O, səhnədə çıxışı ilə tədbirə xüsusi ovqat və dərinlik qatıb.
Tədbirdə xalq artisti Mehriban Zəki, müğənni Nisa Qasımova, xalq artisti Gülyanaq Məmmədova və digər tanınmış simalar iştirak ediblər. Çıxışlar və səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.