EN

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı.Trend:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyəçıxarılır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindənməlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Ağcabədi,Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama,Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəyistiqamətlərində 11 lot üzrə aprelin 14-də;

Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir,Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə,Bərdə–Zaqatala və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrəaprelin 17-də;

Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı,Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı,Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatalaistiqamətlərində 13 lot üzrə aprelin 21-də;

Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudatavtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun "20Yanvar" stansiyası (M.Həsənov küçəsi) - Xocəsən qəsəbəsi (MoskvaDövlət Universiteti)), 137 nömrəli (Elçin Həsənli küçəsi (Masazırkəndi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələtqəsəbəsi – “Abşeron” ticarət mərkəzi), 512 nömrəli (Aşağı Güzdəkqəsəbəsi - Müşfiqabad qəsəbəsi), 122 nömrəli (Maştağa qəsəbəsi -Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” yaşayış massivi), 192 nömrəli(Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi - Sahilqəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 9 lotda aprelin24-də;

448 nömrəli (Mərdəkan qəsəbəsi - Şüvəlan qəsəbəsi (Mayakbağları), 510 nömrəli (Çaylı kəndi - Müşfiqabad qəsəbəsi)şəhərətrafı, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux)- Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal),Düzqışlaq (“Şəmkir” stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı(Samux) - Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə(avtovağzal) avtobus marşrutları üzrə 9 lotda aprelin 28-dəbaxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Chosen
94
18
az.trend.az

10Sources