EN

Basketbol millimiz Şimali Makedoniyaya uduzdu

Kişi basketbolçulardan ibarət millimiz AÇ-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan yığmamız İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik komandamız üçüncüdü. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.

Chosen
23
8
football-plus.az

10Sources