EN

İranın Britaniya aviabazasına hücumunda “rus izi” Video

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Kiprdəki Britaniya aviabazasına hücum edən “Şahid” PUA-larının qalıqları arasında Rusiya istehsalı “Kometa” antenası tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Söhbət radioelektron mühafizəli CRPA tipli “Kometa” antenasından gedir. Onu internetdə yayılan videoda müşahidə ediblər.

CRPA - xüsusi naviqasiya antenasıdır və düşmən tərəfindən aktiv radio maneələr yaradıldığı şəraitdə belə dronun məkanda dəqiq və sabit mövqe müəyyənləşdirməsini təmin edə bilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, İran Kiprdəki Britaniya hərbi bazalarına hücum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
axar.az

1Sources