EN

“Real” 18 il sonra onlara uduzdu

İspaniyanın La Liqa çempionatında 26-cı turun növbəti oyununda “Real” gözlənilməz məğlubiyyətlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi öz meydanında – “Santyaqo Bernabeu” stadionunda “Xetafe” klubuna 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu uruqvaylı hücumçu Martin Satriano vurub.

“Xetafe” 2008-ci ildən sonra ilk dəfə “Santyaqo Bernabeu”da “Real” üzərində qələbə qazanıb. Həmin vaxt – 2007/2008 mövsümünün 25-ci turunda eyni hesabla (1:0) qalib gəlmişdi. O görüşdə yeganə qolu nigeriyalı forvard İkeçukvu Uçe vurmuşdu.

Bundan sonra komandalar “kral klubu”nun stadionunda 16 dəfə üz-üzə gəlib və bütün qarşılaşmalar Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Hazırda “Real” 60 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Xetafe” isə 32 xalla 11-ci sıradadır.

Chosen
107
idmanxeber.az

1Sources