Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın xarici işlər naziri Abbas Arakçı Miyanab bölgəsində yerləşən qızlar məktəbində həlak olan tələbələrin məzarının fotosunu paylaşıb.
Axar.az xəbər verir ki, bu barədə Arakçı X hesabında paylaşım edib.
“Bunlar ABŞ və İsrailin ibtidai məktəbi bombalaması zamanı öldürülən 160-dan çox günahsız gənc qız üçün qazılmış məzarlardır. Onların cəsədləri param-parçadır. Trampın (ABŞ Prezidenti) vəd etdiyi “azadlıq” əslində belə görünür. Qəzzadan Miyanaba qədər günahsız insanlar soyuqqanlılıqla öldürüldü”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, qızlar məktəbinə endirilən zərbə nəticəsində 160 nəfərin öldüyü bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.