EN

Ombudsmana 1 ildə 43 minə yaxın müraciət olub

“2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olmuşdur. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilmişdir. 

İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9.060 nəfər şəxs qəbul edilib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında ombudsman Səbinə Əliyeva deyib.

S.Əliyeva əlavə edib ki, Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanmış, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilib:

“Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilmişdir. 

Ötən ilin mühüm hadisələrindən olan “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri”ndə vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman tərəfindən diqqətdə saxlanılmış, paytaxtda və regionlarda seçki hüququ ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunmuşdur. 

Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılmışdır”. 

Səbinə Əliyeva qeyd edib ki, seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya müraciət daxil olmamışdır. 3 Son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. 

Bu hal xüsusən fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir”.

Chosen
38
1
cebheinfo.az

2Sources