EN

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib

Bakı, 3 mart, foto Aydın Məmmədov, AZƏRTAC

Ötən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirib.

AZƏRTAC xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin martın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edərkən deyib.

O bildirib ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42 mindən çox müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi tərəfindən 14 min 718 zəng qəbul edilib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9 mindən çox şəxs qəbul edilib.

Chosen
63
4
azertag.az

5Sources