EN

"ChatGPT"nin Azərbaycandakı bazar payı azalıb

Ötən il Azərbaycanda ən çox istifadə edilən generativ süni intellekt xidməti "ChatGPT" olub

"APA-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.

Xidmətin bazar payı 83,09% təşkil edib. Bu isə, ötən ayla müqayisədə 1,53 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 14,03 faiz bəndi azdır.

İkinci sırada 11,62% bazar payı ilə "Google Gemini" qərarlaşıb. Xidmətin bazar payı aylıq 1,6 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 8,7 dəfə artıb.

Fevralda "Perplexity" xidmətinin bazar payı yanvar ayı ilə müqayisədə 0,11 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 1,45 faiz bəndi artaraq 2,79% olub.

Ötən ay "Microsoft Copilot" xidməti bazar payını aylıq 0,6 faiz bəndi azaldıb. Xidmətin bazar payı 1,63% təşkil edib.

İstifadəçi sayına görə, sonuncu sırada "Claude" xidməti olub. Xidmətin bazar payı 0,87% təşkil edib ki, bu da aylıq 0,42 faiz bəndi çoxdur.

Chosen
14
1
apa.az

2Sources