EN

İsrail Tehran sakinlərinə xəbərdarlıq etdi: “Ərazini boşaldın”

İsrail rəsmi olaraq Tehran sakinlərinə müraciət edib. Müraciətdə bildirilir ki, şəhər əhalisi ərazini tərk etməlidir. Vətəninfo.az xəbər verir ki, müraciətdə şəhərin hava hücumuna məruz qalacağı bildirilib.

“Əlavə olunmuş xəritədə qırmızı ilə işarələnmiş əraziyə əsasən, İran Teleradio Şirkətinin ətrafında və Tehranın Evin bölgəsində yaşayan bütün insanlara təcili xəbərdarlıq.
İsrail ordusu son günlərdə Tehranda İran rejiminin hərbi infrastrukturuna hücum etdiyi kimi, yaxın saatlarda da ərazidə əməliyyatlarını davam etdirəcək.
Hörmətli vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün xəritədə göstərilən ərazini dərhal tərk etməyinizi xahiş edirik.

Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır”.

Chosen
8
veteninfo.az

1Sources