O qeyd edib ki, artıq "özünü ləğv edən" separatçı qurumun "Ombudsmanı" süni fəallıq və mövcudluq görüntüləri yaradır, müxtəlif hesabatlar tirajlayır. Qondarma qurumun müvəkkili ABŞ vitse-prezidentinə separatçı rəhbərlərlə bağlı müraciət etmişdi".
Zahid Oruc Ombudsman Aparatının Gəncə, Şəki, Quba və Cəlilabadda 4 regional mərkəzinin olduğunu və tez bir zamanda 5-ci regional mərkəzin Qarabağda açılacağı barədə məlumatını xatırladıb
"Bu Qarabağ bölgəsində konstitutsional hüquqi əsaslı regional Ombudsman Mərkəzinin açılması saxta "ombudsmanlara" cavab olardı", o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31