EN

Ukraynada seçkilər yalnız münaqişə bitdikdən sonra keçirilə bilər - Zelenski

Ukraynada seçkilər yalnız münaqişə bitdikdən sonra keçirilə bilər, atəşkəs dövründə deyil.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Corriere della Sera"ya verdiyi müsahibədə danışıb.

Ukrayna lideri qeyd edib ki, seçki şübhəsiz ki, müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra baş verəcək.

Fevralın sonlarında Zelenski ABŞ və Rusiyanın Ukraynada seçkilər tələb etdiyini açıqlayıb və seçkilərə qarşı çıxdığını açıq şəkildə bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
23
missiya.az

1Sources