EN

Bir saç teli ilə 30 illik sirr açıldı FOTO

ain.az xəbər verir, Medicina saytına əsaslanaraq.

1996-cı ildə ABŞ-da qaçırılaraq öldürülən 7 yaşlı Morqan Violinin qatili tapılıb.

Medicina.az xəbər verir ki, Morqan Kentukki ştatının Boulinq Qrin şəhərində dostları ilə oynayarkən ağdərili bir kişi tərəfindən qaçırılıb və tünd qırmızı rəngli 78-ci il markalı mikroavtobusa zorla mindirilib.

Mikroavtobus iki gün sonra tapılıb, lakin kiçik qızın cəsədi üç ay sonra Tennessi ştatındakı meşəlik ərazidə tapılıb. O zaman heç bir şübhəli müəyyən edilməyib. Lakin bu yaxınlarda DNT analizindən istifadə edərək müasir məhkəmə texnikalarındakı irəliləyişlərlə iş yenidən açılıb. Mikroavtobusda tapılan bir saç teli sahibi müəyyən edilib. Bu DNT 61 yaşlı Robert Skott Froberqin DNT-si ilə uyğun gəlirdi. Froberqin o vaxt həbsxanadan qaçdığı və mikroavtobusu oğurladığı məlum olub. O, Morqanı boğaraq öldürdüyünü etiraf edib. Artıq digər cinayətlərə görə həbsdə olan Froberqi ömürlük həbs və ya edam cəzası gözləyir.

Aygün

Medicina.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
icma.az

2Sources