EN

Azərbaycan və Türkiyə arasında müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusu müzakirə edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri VüqarMustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti TürkiyəRespublikasının paytaxtı Ankara şəhərində rəsmi səfərdədir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumatyayıb.

Bildirilib ki, səfər çərçivəsində V.Mustafayev TürkiyəRespublikasının milli müdafiə naziri Yaşar Gülər, həmçinin MüdafiəSənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesisahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişafetdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılmasıvə yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələredilib.

Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlikvə müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq,müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişafetdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmimübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinindərinləşdirilməsi haqda danışıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
102
5
az.trend.az

6Sources