EN

Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.

Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, paddok hər zamankı kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

Chosen
5
19
90deqiqe.az

10Sources