EN

ABŞ nümayəndəlikləri qapılarını bağladı

ABŞ-nin Pakistandakı İslamabad səfirliyi, həmçinin Kəraçi və Lahor baş konsulluqlarında viza görüşləri təxirə salınıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin İslamabaddakı səfirliyi sosial media hesabı vasitəsilə viza prosedurları ilə bağlı açıqlama yayıb.

Açıqlamada ABŞ-nin İslamabaddakı səfirliyi, Kəraçi və Lahor baş konsulluqlarında viza görüşlərinin dayandırıldığı və bu qərarın 6 marta qədər qüvvədə qalacağı bildirilib. Sözügedən addıma səbəb kimi "mövcud təhlükəsizlik vəziyyəti" göstərilib.

Chosen
35
1
cebheinfo.az

2Sources