EN

Yaxın Şərqdəki gərginlik Asiya turlarını bahalaşdırdı

ain.az, Baku.ws saytına istinadən bildirir.

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Asiya ölkələrinə turların qiymətində son günlər ciddi artım qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, qiymətlər iki nəfərlik, 10 gecəlik turlar üçün iki dəfə bahalaşıb. Tailand və Fukuok (Vyetnam) istiqamətində bahalaşma daha çox hiss edilir.

Qeyd edək ki, Yaxın Şərqə alternativ istiqamətlərdə istirahətin bahalaşa biləcəyi barədə xəbərdarlıq edilmişdi. Şimali Afrika və Asiya ölkələrində istirahət xərcləri 15-20 faiz artacağı açıqlanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
baku.ws

1Sources