EN

Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edildi

“TikTok”​da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Hər iki şəxsin çılpaq görüntülərinin sosial şəbəkədə yayılması, həmçinin A.Əskərlinin yaydığı videoda qeyri-etik ifadələr işlətdiyi qeyd edilib.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu və Yasamal Rayon Məhkəmələrinə təqdim edilib.

A.Bayramova bildirib ki, həmin görüntüləri 2024-cü ildə Qubada olarkən sevgilisinə göndərmək üçün çəkib və sosial şəbəkələrdə özü paylaşmayıb.

Chosen
97
9
publika.az

10Sources