Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilir.
“Poliqon” APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.