EN

ABŞ “Şahid-136” kamikadze dronunu kopyaladı, İrana qarşı istifadə edir

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində yeni uzunmənzilli pilotsuz uçuş aparatları – Low-cost Uncrewed Combat Attack System (LUCAS) dronlarını istifadə etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu dronlar konstruktor baxımından İranın “Şahid” seriyalı dronlarına bənzədilir və bir çox ekspertlər onları “Şahid-136”nın qeyri-rəsmi nüsxəsi hesab edirlər. Mütəxəssislər iddia edirlər ki, LUCAS dronları “Şahid”lərin öyrənilmiş modelinə əsasən hazırlanıb. Yəni ABŞ mühəndisləri əvvəlki İran dronlarının qalıqlarını təhlil edərək, onların texnologiyasını kopyalayıb təkrarlayıblar.

LUCAS və “Şahid” dronlarının oxşar cəhətləri çoxdur. Bunlar aerodinamik quruluş; daxili yanacaqla işləyən mühərrik; arxa istiqamətdə fırlanan vint və s.

CENTCOM tərəfindən dekabr ayında yayımlanan fotolarda LUCAS dronlarının füzelyajının üst hissəsində açıq rəngli kvadrat strukturlar görünür. Bu terminalların Starlink peyk internet terminalları olduğu ehtimal edilir. Rəsmi olaraq ABŞ dronların ilk istifadəsini İranda təsdiqləyib, lakin fotolarda görünən terminallardan rəsmi məlumat verilmir. Həmçinin, istifadə olunan terminalların Starlink-in kommersiya şəbəkəsinə aid olub-olmadığı, yoxsa xüsusi hərbi Starshield şəbəkəsi olduğu bilinmir.

Satellit terminallı dronların üstünlükləri uzun məsafələrdə idarə olunması, kameralı dronlar vizual izləmə imkanları, peyk siqnalını bloklamağın çox çətin olması, belə dronların radarlardan qaçma və Hava Hücumundan Müdafiə zonalarını aşmaq üçün aşağı uçuş marşrutlarından istifadə edə bilməsidir.

LUCAS haqqında məlum olan digər texniki detal, ABŞ ordusunun dekabr ayında verdiyi hesabatda dronun hədəf tanıma sisteminə malik olmasıdır. Bu sistem dronun effektivliyini artıraraq onun hədəfi dəqiqliklə vurmasını və müəyyən qədər avtonom işləməsini təmin edir. Beləliklə, LUCAS dronları ABŞ-ın pilotsuz döyüş texnologiyalarında yeni mərhələni göstərir. Dronlar həm ucuz, həm də effektiv, uzun məsafədən idarə olunan və avtonom hədəf tanıma imkanına malik sistemlər kimi təqdim olunur.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
120
musavat.com

1Sources