Yazını böyüt
Yazını kiçilt
Xanəndə Sədəf Budaqova Novruz ənənələri ilə bağlı səmimi açıqlaması ilə diqqət çəkib.
Hafta.az xəbər verir ki, 31 yaşlı sənətçi illərdir bəzi adətlərə xüsusi önəm verdiyini gizlətməyib.
Müğənni bildirib ki, 6 il ardıcıl olaraq Novruzda "üzük falı"na baxıb. Onun sözlərinə görə, fal nəticəsində ailə quracağı yaş kimi 35 rəqəmi çıxıb. Sədəf hələ də subay olduğunu etiraf edərək, taleyinə inandığını və hər şeyin zamanla baş verəcəyini düşündüyünü deyib.
Sənətçi ümumilikdə Novruzun bütün adətlərinə əməl etdiyini vurğulayıb. O, qulaq falına da çıxdığını və digər qədim inancları yaşatmağa çalışdığını qeyd edib.