EN

Azərbaycan və Bolqarıstan yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurası nazirlər iclasları çərçivəsində Bolqarıstan|ın energetika naziri Trayço Traykov ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Təbii qaz tədarükü, Bolqarıstanın qazlaşdırma layihəsi və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığımızın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Ötən il Azərbaycandan Bolqarıstana 1,65 milyard kubmetr qaz tədarük edilib", - deyə nazir qeyd edib.

Chosen
13
4
apa.az

5Sources