EN

Uzunmüddətli müharibə görün nələrə səbəb ola bilər

İrana qarşı davam edən müharibə fonunda Yaxın Şərq regionundan neft və qaz tədarükünün davamlı azalması bölgədə inflyasiyanın kəskin artması və istehsalın ciddi şəkildə azalmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının baş iqtisadçısıFilip Leyn "Financial Times" qəzetinə bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdən qaynaqlanan böhranın miqyası münaqişənin əhatə dairəsi və davametmə müddətindən asılı olacaq.

"Yaxın Şərqdəki münaqişə enerji təchizatında davamlı azalma və regional iqtisadi fəaliyyətdə pozuntular yaradarsa, bu, enerji qiymətləri ilə şərtlənən inflyasiyada əhəmiyyətli sıçrayışa və istehsalda kəskin enişə gətirib çıxara bilər", - deyə Leyn qeyd edib.

Chosen
12
publika.az

1Sources