EN

Çox söz-söhbət oldu, ailəmizi dağıtmaq istədilər

Müğənni Nurlan Əzizbəyli şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Publika.az xəbər verir ki, sənətçi erkən yaşda ailə qurduğunu və bu qərarın ətrafı tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Onun sözlərinə görə, 24 yaşında evlilik qərarı verib:

"Valideynlərim və qohumlarım həyat yoldaşımı əvvəlcə qəbul etmirdi. Bəlkə də gənc yaşda belə ciddi addım atdığım üçün tərəddüdlər var idi. Hazırda oğlumun 21 yaşı var".

Əzizbəyli sənət adamlarının ailə həyatının daha həssas olduğunu da vurğulayıb: "Səhnədə olan insan özünə elə bir həyat yoldaşı seçməlidir ki, onun xarakterinə və sənətinin yaratdığı nüanslara dözə bilsin".

Chosen
15
publika.az

1Sources