EN

İranda qalan jurnalistdən xəbər var

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavini, yazıçı Həmid Herisçinin həyat yoldaşı, jurnalist İlhamiyyə Rza ondan xəbər almadığına dair məlumat yaymışdı. 

NOCOMMENT.az-ın məlumatına görə, İlhamiyyə Rza həyat yoldaşı ilə əlaqə yaradıldığını deyib:

“Həmid bu həftə qayıtmalı idi. İnşallah ki, elə vaxtında da qayıdacaq. Müharibə başlayan gün danışmışdıq, sonra rabitə kəsildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadədənin vasitəçiliyi ilə Təbrizdəki konsulluqdan xəbər aldıq. Onlar Həmidlə ünsiyyətdə olublar. Dost və qohumları ilə əmin-amanlıqda olduğunu dedilər. Sadəcə, rabitə yoxdur, internet və telefon əlaqəsi qapalıdır”. (Globalinfo.az)

Chosen
49
1
nocomment.az

2Sources