EN

Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

XQ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

​Telefon danışığı zamanı Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb.

​Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya Federasiyası vətəndaşlarının İran İslam Respublikasından operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

​Hökumət başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyini vurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə əldə olunmuş razılaşmanı alqışlayıblar.

​Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlar arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
14
xalqqazeti.az

10Sources