EN

Simonyan yerli müxalifəti ələ saldı: Çox qorxuruq

Ermənistan parlamentində impiçment təşəbbüsü ətrafında müzakirələr fonunda hakimiyyət nümayəndəsi istehzalı açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Respublikaçılar Partiyasının baş nazir Nikol Paşinyana qarşı başlatdığı impiçment – yəni etimadsızlıq votumu təşəbbüsünə münasibət bildirib.

“Biz panikadayıq, qorxuruq”, – deyə Simonyan jurnalistlərə istehzalı şəkildə cavab verib.

O, yaxınlaşan seçkiləri xatırladaraq impiçment təşəbbüsünü ciddi saymadığını bildirib:

“Seçkilərə az qalıb. Hansı impiçment? Hansı küçə mübarizəsi? Respublikaçıların seçkilərdə iştirak etmək üçün 400 nəfəri belə yoxdur. Onlar hansı impiçmenti həyata keçirmək istəyirlər?” – deyə spiker sual edib.

Musavat.com

Chosen
40
musavat.com

1Sources