EN

Bakı “Beynəlxalq Xalça Festivalı 2026” - a hazırlaşır

Bakı “Beynəlxalq Xalça Festivalı 2026” - a hazırlaşır

1-3 may 2026-ci il tarixlərində Bakıda növbəti “Beynəlxalq Xalça Festivalı” baş tutacaq. “Azərxalça” ASCvə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 1 may tarixində əsas mövzusu “Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti”olan, Bakı Biznes Mərkəzində baş tutacaq Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı, tədqiqatçı, ixrac və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

2-3 may tarixlərində festival İçərişəhərin tarixi küçələrində davam edərək, qədim karvansaraylar, meydanlar, tarixi evlərxalça sərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edəcəklər. Bundan əlavə bir neçə məşhur xarici və yerli rəssamların İçərişəhərdə yerləşənqalereyalarında sərgiləri də baş tutacaq.

Qeyd edək ki,Azərbaycan xalçaçılarının peşə bayramı, “Xalçaçı günü”-ə həsr olunan Xalça Festivalıbu il həm də “Azərxalça” ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

3 gün davam edəcək xalça bayramına qatılmaq istəyən hər kəs Festival barədə ətraflı məlumatı bakucarpetfest.az saytından, bakucarpetfest İnstagram ünvanından əldə edə bilər. Əlavə suallar üçün isə [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya tanıtmaq üçün hər kəsi 1-3 may tarixlərində Bakı “Beynəlxalq Xalça Festivalı”-na, İçərişəhərə dəvət edirik!

Chosen
22
8
teleqraf.com

10Sources