EN

Netanyahu İsrail və ABŞ-ni "pis adamlar"la mübarizə aparan "yaxşı oğlanlar" adlandırıb

İsrail və ABŞ "pis adamlar"la mübarizə aparır.

Qaziler.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a verdiyi müsahibədə deyib.

"Biz isə yaxşı oğlanlarıq", - Netanyahu bildirib.

O, ABŞ və İsrailin İrana qarşı "sonsuz müharibə" aparmadığını və əməliyyatın tez bir zamanda başa çatacağına israrla bildirib.

"Eşidirəm ki, sizə burada sonsuz müharibə olacağı deyilir. Amma sonsuz müharibə olmayacaq, çünki... İrandakı bu terrorçu rejim yarandığı gündən bəri ən zəif mövqeyindədir", - deyə baş nazir iddia edib.

Netanyahu əmindir ki, zərbələr İranda rejim dəyişikliyi üçün şərait yaradacaq. Onlar bizim heç xəyalımıza belə gətirmədiyimiz bir sülh dövrünü başladacaq", - deyə o əminliklə qeyd edib.

Baş nazir ABŞ prezidenti Donald Trampı Amerika üçün hər şeyin yaxşısını edən "dünyanın ən güclü lideri" adlandırıb.

QAZİLER.AZ

Chosen
2
qaziler.az

1Sources