EN

Hayfada Xocalı soyqırımına həsr olunan klassik musiqi axşamı

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Hayfa şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan klassik musiqi axşamı keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Hayfa Simfonik Orkestrinin təşkilatçılığı ilə Krieger adına İfaçılıq Sənətləri Mərkəzində (The Krieger Center for the Performing Arts) təşkil olunub. 

XQ xəbər verir ki, əvvəlcə Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən oğullarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, dirijor Yalçın Adıgözəlov Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. 1992-ci ilin 26 fevral gecəsində xalqımızın başına gətirilən müsibətləri xatırladıb. Xocalı soyqırımına dair videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Yalçın Adıgözəlovun rəhbərliyi ilə Hayfa Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarları – Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Vasif Adıgözəlov və digər müəlliflərin əsərləri səsləndirilib. Solistlər – Kamelia İoffe, Lev Solodnikov və Aleksandr Kotlyarın çıxışları iştirakçılara duyğulu anlar yaşadıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
xalqqazeti.az

3Sources