EN

MAQATE İranın Nətənz nüvə obyektindəki ziyanı TƏSDİQLƏDİ

MAQATE İranın Nətənz nüvə obyektində zədələrin olduğunu təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmi məlumat yayıb.

Agentliyin bəyanatına əsasən, bu nəticə əldə olan son peyk görüntülərinin təhlili əsasında çıxarılıb.

Təşkilat vurğulayıb ki, hər hansı radioloji fəsadın yaranması gözlənilmir. Hazırda radiasiya sızmasına səbəb ola biləcək birbaşa zərbələr qeydə alınmayıb.

MAQATE həmçinin yeraltı müəssisənin özündə əlavə zədələrin aşkarlanmadığını bildirib.

Qeyd olunub ki, sözügedən obyekt ötən ilin iyun ayında baş vermiş əvvəlki münaqişə zamanı artıq ciddi zərər görmüşdü.

Hazırda agentlik ərazidəki vəziyyəti yaxından izləməyə davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
125
21
interpress.az

10Sources